BAKI, 28 yanvar. TELEQRAF
Bu ilin əvvəlinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25 milyard 987,5 milyon manat olub.
Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu 2025-ci il üzrə 12 milyard 909 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.
Hesabat dövrünə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş istiqrazlar, habelə əməkdaşlıq etdiyimiz müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində faktiki istifadə olunmuş hissə üzrə yerinə yetirilmiş öhdəliklər nəzərə alınmaqla xarici dövlət borcu 4 milyard 813,5 milyon ABŞ dolları və ya ÜDM-in 6,3 faizini təşkil edir.
Daxili dövlət borc 17 milyard 804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.