BAKI, 28 yanvar. TELEQRAF

Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat, xərcləri 38 milyard 603,6 milyon manat icra olunub.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 527,5 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39 milyard 131,1 milyon manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1969,3 milyon manat çox icra edilib.

Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24 milyard 650,1 milyon manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 16 milyard 353,5 milyon manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14 milyard 481 milyon manatı və ya 37 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6 milyard 369,9 milyon manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1200,8 milyon manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür