BAKI, 28 yanvar. TELEQRAF

Ötən ilin dekabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 145 min ədəd artaraq 21 milyon 980 min ədəd təşkil edib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10.5% artıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartlarında debet kartlarının sayı 12.8% artmış, kredit kartlarının sayı isə 8% azalıb.

Məlumata görə, dəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, dekabr ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 19% artıb.

2025-ci ilin dekabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 10,097 mln. manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8,833 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,260 mln. manatı POS-terminallar, 3 mln. manatı isə özünə xidmət terminallarının və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.6%-ni təşkil edib.