BAKI, 28 yanvar. TELEQRAF

2025-ci ildə Azərbaycanda bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 676.3 mln. manat artaraq 3 milyard 261.8 mln. manat təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.

Bildirilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.