BAKI, 28 yanvar. TELEQRAF
2025-ci ilin dekabrında bankların kredit portfeli 1.3% və ya 377.5 milyon manat artaraq 30 milyard 63 milyon manat olub.
Teleqraf Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, kredit portfelinin strukturunda biznes kreditləri – 53.6% (16 milyard 106.3 milyon manat), istehlak kreditləri 31.1% (9 milyard 354.2 milyon manat) və ipoteka kreditləri 15.3% (4 milyard 602.5 milyon manat) olub.
Ümumilikdə, 2025-ci il ərzində bankların kredit portfeli 9.4% və ya 2 milyard 585.4 milyon manat (o cümlədən, biznes kreditləri 1 milyard 319.1 milyon manat, istehlak kreditləri 909,3 milyon manat, ipoteka kreditləri 357 milyon manat) artıb.