BAKI, 27 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta haqqı toplayan şirkət “Paşa Həyat Sığorta" ASC olub.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, şirkət hesabat dövründə 679 milyon 750 min manat məbləğində sığorta haqqı toplayıb.

İkinci yerdə 355 milyon 163 min manatla “Paşa Sığorta” ASC qərarlaşıb. Şirkəti 112 milyon 492 min manatla “Atəşgah Həyat" Sığorta Şirkəti ASC izləyib.

Renkinqdə “Qala Sığorta” şirkəti 78 milyon 940 min manatla dördüncü, “Atəşgah” Sığorta Şirkəti ASC isə 63 milyon 804 min manatla beşinci olub.

Ümumilikdə, son 10 ayda ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri tərəfindən 1 milyard 504 milyon 709 min manat məbləğində sığorta haqqı toplanıb.