BAKI, 27 yanvar. TELEQRAF

2025-ci ilin yanvar-dekabr ayları üzrə Azərbaycanda sığorta şirkətləri arasında ən çox sığorta ödənişi aparan “Paşa Həyat Sığorta” ASC olub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, şirkət hesabat dövründə 561 milyon 73 min manat ödənişi edib.

Şirkətlərin apardığı sığorta ödənişlərinin rekinqində “Paşa Sığorta” ASC ( 140 milyon 665 min manat) ,“Atəşgah Həyat" Sığorta Şirkəti ASC ( 69 milyon 792 min manat) üçüncü olub. Siyahıda bu şirkətləri “Atəşgah" Sığorta Şirkəti ASC (40 milyon 469 min manat) “Qala Sığorta” ASC (27 milyon 67 min manat) izləyib.

Qeyd edək ki, ötən il sığorta şirkətləri toplamda 920 milyon 395 min manat sığorta ödənişi ediblər.