“"Yapı Kredi Bank Azərbaycan" QSC-nin 2025-ci il üzrə mənfəəti azalıb.

Teleqraf xəbər verir ki, bankın ötən il üzrə xalis mənfəəti 9 milyon 974.57 min manat təşkil edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,39% azdır. 2024-cü ildə bankın mənfəəti 12 milyon 375.08 min manat təşkil edib.

Mənfəət vergisindən əvvəlki mənfəət 11 milyon 737.04 min manat olub. Bu rəqəm 2024-cü ildə 16 milyon 261.10 min manat olub.

Hesabat dövründə bankın öhdəlikləri 2024-cü ildəki 620 milyon 417.35 min manatdan 669 milyon 154.60 min manata yüksəlib (48 milyon 737,25 min manat və ya 7,85% artım). Depozit portfeli 7 milyon 11,20 min manat və ya 1,33% azalaraq 534 milyon 754.52 min manatdan 527 milyon 743.32 min manata enib.

2025-ci ilin dekabr ayının 31-nə bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 2,5 dəfə artaraq 122 milyon 477.88 min manat təşkil edib (2024-cü ildə - 48 milyon 182.25 min manat).

Hesabat dövründə bankın faiz xərcləri 2024-cü ilin göstəricisi ilə müqayisədə 2 dəfədən çox artaraq 13 milyon 461.58 min manata çatıb. 2024-cü ildə bankın faiz xərcləri 6 milyon 608.86 min təşkil edirdi.