BAKI, 13 yanvar. TELEQRAF
Qeyri-hökumət təşkilatları (QHT-lər) illik maliyyə hesabatlarını hər il 1 aprel tarixinə qədər Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi xəbərdarlıq edib.
Bildirilib ki, hesabatların forması və təqdim olunma qaydası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq olunub və Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.
"Nazirlik tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatlarının alınması “Qeyri-hökumət təşkilatlarının elektron hesabatlılıq Proqram”ı vasitəsilə həyata keçirilir. Bunun üçünwww.qht-hesabat.maliyye.gov.azsaytında qeydiyyatdan keçilməklə illik maliyyə hesabatları elektron qaydada təqdim edilməlidir.
Maliyyə hesabatlarının təqdim edilməməsi İnzibati Xətalar Məcəlləsinin 462-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur", - deyə qurumun məlumatında qeyd edilib.