BAKI, 8 yanvar. TELEQRAF

Maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.

Teleqraf-ın məlumatına görə, bu vəzifəyə Natiq Həsənov gətirilib.

O, bu təyinatadək Maliyyə Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, 1979-cu il təvəllüdlü N.Həsənov əmək fəaliyyətinə 2001-ci ildən özəl sektorda başlayıb. Yeni nazir müavini daha sonra müxtəlif dövlət qurumlarında çalışıb.

Maliyyə Nazirliyində vəzifəyə gəlməmişdən öncə isə 2018-ci ildən 2025-ci ilədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini olub.