BAKI, 7 yanvar. TELEQRAF

Mərkəzi Bankın dövriyyədə olan notlarının həcmi 363.80 milyon manata çatıb.

Teleqraf tənzimləyiciyə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrünün göstəricisi ilə (193.20 milyon manat) müqayisədə dövriyyədə olan notlarının həcmi 88,36% artıb.

28 günlük notlar üzrə son faiz dərəcəsi 6.73 faiz təşkil edib.

Bundan əlavə, 84 günlük notlar üzrə son faiz dərəcəsi 6.68 faiz, 168 günlük notlar üzrə 6.77 faiz, 252 günlük notlar üzrə 6.85 faiz olub.