BAKI, 5 yanvar. TELEQRAF

Növbəti iki il ərzində Azərbaycanda 10 günəş və külək elektrik stansiyasının istismara verilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq maliyyə təşkilatlarının iştirakı ilə həyata keçirilən və ümumi investi-siya dəyəri 2,7 milyard ABŞ dolları olan bu layihələr nəticəsində bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalında payının artırılması nəzərdə tutulur.

Proqnoza görə, 2027-ci ilə qədər Azərbaycanın quraşdırılmış enerji gücündə bərpa olunan enerji mənbələrinin payı 33,7 faizə, 2030-cu ildə 38 faizə və 2035-ci ildə isə 42,5 faizə çatdırılacaq.