BAKI, 25 dekabr. TELEQRAF

Cari ilin dekabrının 1-nə Azərbaycanda banklar tərəfindən 1 aydan 3 aya qədər olan müddətə verilən kreditlərin orta faiz dərəcəsi 12.55% təşkil edib.

Teleqraf xəbər verir ki, 3-6 aylıq kreditlərin orta faiz dərəcəsi 12.44%, 6–9 aylıq kreditlərin faiz dərəcəsi isə 12.76% olub.

Cari ildə 9 aydan daha artıq müddətə verilən kreditlərin faiz dərəcəsi yüksək olub. Belə ki, 9 aydan 1 ilə qədər kreditlərin orta faizi 15.49%, 1-3 illik kreditlərin faiz dərəcəsi isə 17.85% səciyyəsində olub. Ölkədə 3–5 illik kreditlərin orta faiz dərəcəsi 18.52% olub.

Qeyd edək ki, banklar 5 ildən artıq müddətə verilən kreditlərdə daha aşağı faiz tətbiq edirlər. 5–10 illik kreditlərin orta faiz dərəcəsi 10.25%, 10 ildən artıq müddətli kreditlərin faiz dərəcəsi isə 7.49% olub.