BAKI, 23 dekabr. TELEQRAF
Nyu-York əmtəə birjasının bölməsi olan “Comex”də 2026-cı ilin mart ayında çatdırılmaqla gümüş fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 71 dolları ötərək tarixi maksimumunu yeniləyib.
Teleqraf xəbər verir ki, bu, ticarət platformasının göstəricilərindən bəlli olur.
Bakı vaxtı ilə saat 21:04-ə olan məlumata əsasən, qiymətli metalın dəyəri 3,68 faiz artaraq bir troya unsiyası üçün 71,085 dollar təşkil edib. Saat 21:20-yə yaxın gümüşün qiymətində artım tempi bir qədər zəifləyərək 71,11 dollar səviyyəsində (+3,71 faiz) qərarlaşıb.
Eyni zamanda, “Comex” birjasında 2026-cı ilin fevralında çatdırılmaqla qızıl fyuçerslərinin qiyməti 4 503,9 dollar (+0,77 faiz) səviyyəsində olub.