BAKI, 15 dekabr. TELEQRAF
Bu ilin doqquz ayında Azərbaycana pul köçürmələri keçən ilin müvafiq dövrü ilə müqayisədə 0,12% artıb. Ölkəyə 550 milyon dollar pul baratları daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib:
"Köçürmələrin daxil olduğu ölkələr sırasında birinci yerdə Rusiya Federasiyasıdır. Qonşu ölkədən 344 milyon dollar pul baratları köçürülüb. Türkiyə Cümhuriyyətindən 104 milyon dollar, Amerika Birləşmiş Ştatları 74 milyon dollar, Birləşmiş Krallıqdan 31 milyon dollar və Gürcüstandan 30 milyon dollar daxil olub. Bu ölkələr pul köçürmələri sistemi vasitəsilə ölkəyə daxil olan vəsaitlərə görə ilk beşlikdə yer alirlar. Ölkədən xaricə köçürülmüş pul baratlarına gəlincə, pul köçürmə sistemləri vasitəsilə fiziki şəxslərin əməliyyatlarının həcmi təxminən 361 milyon dollar olub. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 10,5% azalıb".