BAKI, 15 dekabr. TELEQRAF

Azərbaycanın strateji valyuta ehtiyatları 14,7 faiz və ya 10,5 milyard dollar artaraq bu il 81,5 milyard dollar təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bu ölkənin makroiqtisadi dayanıqlılığının daha da gücləndiyini göstərir.