BAKI, 15 dekabr. TELEQRAF

Yanvar-sentyabr aylarınd Azərbaycanın xalis maliyyə aktivləri 4,5 milyard ABŞ dolları, xalis maliyyə öhdəlikləri isə 0,4 milyard ABŞ dolları artıb.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Statistika Departamentinin direktoru Samir Nəsirov Tədiyə balansının açıqlamasına dair keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, bu ümumilikdə kapital hesabının 4,1 milyard dollarlıq kəsirini formalaşdırıb:

"Bu dövrdə birbaşa xarici investisiyalarla bağlı xalis kəsirimiz təxminən 1,2 milyard dollar təşkil edib. Azərbaycanın iqtisadiyyatına bu dövrdə 4,7 milyard dollarlıq birbaşa xarici investisiya cəlb edilib. Bunun qarşılığında ölkədən kapital ixracı həyata keçirilib və bu da 5 milyard dollar təşkil edib. Eyni dövrdə Azərbaycan dövlətinin strukturları xarici iqtisadiyyatlara 2 milyard 38 milyon dollarlıq birbaşa xarici investisiya yatırıb".