BAKI, 8 dekabr. TELEQRAF
Maliyyə Nazirliyi “S&P Global Ratings” agentliyi ilə əməkdaşlığın müqavilə öhdəliklərindən kənar davam etdirilməsinə qərar verib.
Bu barədə Teleqraf-a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “Fitch Ratings” və “Moody’s Ratings” agentliklərinin qiymətləndirilməsinin beynəlxalq kapital bazarlarına çıxış və borclanma prosedurlarının tənzimlənməsi üçün kifayət edir.
Qeyd edək ki, Azərbaycan 2000-ci ildən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir.
Bu dövr ərzində “Fitch”, “S&P Global Ratings”, “Moody’s” ilə əməkdaşlıq edilib. Həm rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, həm də müqavilə öhdəlikləri olmadan (“unsolicited rating”):
"Azərbaycan son 5 ildə ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsini iki agentlik (“Fitch”, “S&P Global Ratings”) vasitəsilə rəsmi müqavilə üzrə ödənişli əsaslarla, bir agentliklə isə (“Moody’s”) müqavilə öhdəlikləri olmadan, yəni Azərbaycan tərəfindən hər hansı ödəniş edilmədən həyata keçirib. Reytinq agentlikləri ilə əməkdaşlıq üzrə qeyd olunan beynəlxalq təcrübəyə uyğun olaraq, növbəti dövrdə də rəsmi müqavilə üzrə ödənişli əsaslarla yalnız iki agentliklə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulub".