BAKI, 27 noyabr. TELEQRAF
2025-ci ilin oktyabrında banklar və qeyri-bank kredit təşkilatları üzrə ev təsərrüfatlarına cəmi kredit qoyuluşu 18 milyard 583.6 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Bu istiqamətdə ilin əvvəli ilə müqayisədə 8.37%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 11.96% artım olub. 2025-ci il noyabrın 1-nə kredit portfelinin 59.6%-i ev təsərrüfatlarının payına düşüb.