BAKI, 27 noyabr. TELEQRAF

Cari ilin oktyabr ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 1% artaraq 37,027.4 mln. manat təşkil edib.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, banklardan kənarda nağd pul vəsaitlərinin həcmi 17 milyard 82.7 milyon manat olub.

Qeyd edək ki, ilin əvvəli ilə müqayisədə bu 11.76% artım deməkdir.

Hesabat tarixinə geniş mənada pul kütləsi (M3) 47 milyard 490.7 milyon manat olub. Beləliklə, M3 aqreqatı aylıq müqayisədə 1.04% az, ilin əvvəli ilə müqayisədə isə 4.23% çoxdur.