BAKI, 29 oktaybr. TELEQRAF

Oktyabrın 1-nə 2025-ci il tarixinə daxili dövlət borcu 17 milyard 46,8 milyon manat və ya 2025-ci il üzrə proqnozlaşdırılan ÜDM-in 13,1 faizini təşkil edib.

Teleqraf Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, daxili dövlət borcu ilin əvvəli ilə müqayisədə 1 milyard 612,9 milyon manat azalıb.

Hesabat tarixinə daxili dövlət borcunun 7 milyard 987 milyon manatı dövriyyədə olan dövlət qiymətli kağızlarının, 9 milyard 59,8 milyon manatı isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəliklərin payına düşür.

Məlumata görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 3 faizi 1 illik, 56,3 faizi 2 və 3 illik, 40,7 faizi isə 5 il və daha artıqmüddətli dövlət qiymətli kağızların payına düşür.

Dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəniş Müddəti (OÖM) 3,52 il təşkil edib. Cari ilin 9 ayı ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, illik təkrar maliyyələşdirmə həcmlərinin azaldılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması, dövlət istiqrazları üzrə OÖM-in əhəmiyyətli səviyyədə artmasına səbəb olub.