BAKI, 28 oktyabr. TELEQRAF

Bu ilin 9 ayında banklar 29 milyard 276.3 milyon manat kredit qoyluşu reallaşdırıb.

Teleqraf Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlərin 528.1 milyon manatının vaxtı keçib.

Ölkədə problemli kreditlərin həcmi ilin əvvəlinə nisbətən 17,6%, son 1 ildə isə 10% artıb.

Qeyd edək ki, 29 milyard 276.3 milyon manat kreditin 22 milyard 232 milyon 68 min manatı paytaxtın payına düşüb.