BAKI, 28 oktyabr. TELEQRAF
30 sentyabr 2025-ci il tarixinə Azərbaycanda bankların kredit portfeli 2% və ya 571.4 mln. manat artaraq 29,276.3 mln. manat olub.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayıb.
Kredit portfelinin strukturunda biznes kreditləri 53.1% (15,544.6 mln. manat), istehlak kreditləri 31.4% (9,183.5 mln. manat), ipoteka kreditləri isə 15.5% (4,548.2 mln. manat) yer tutub.