BAKI, 22 oktyabr. TELEQRAF
2025-ci il üzrə inflyasiya 75% təklif amillərindən asılı olacaq. 2026-cı il üzrə isə bu göstərici 80% ətrafındadır.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın Baş Direktoru Vüqar Əhmədov mətbuat konfransı zamanı deyib:
"Oktyabr proqnozu göstərir ki, 2025-ci ilin sonuna kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin inflyasiyaya artırıcı təsiri 3.64 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı inflyasiya göstəricisinin tövhəsi isə 2.8 faiz bəndi artırıcıdır. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.57 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri isə 0.34 faiz bəndidir.
Sərnişindaşıma və ya digər tariflərlə bağlı isə 0.14 faiz bəndi artırıcı təsir var. Dövlət istehlakı isə bir qədər azaldıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 25%, təklif amilləri isə 75%-dir. Bunların içimdə isə xarici amillərin xalis təsiri isə 2.46 faiz bəndi artırıcıdır".
O qeyd edib ki, 2026-cı il üzrə illik inflyasiya 5.7% dərəcəsində proqnozlaşdırılıb:
"Burada kənd təsərrüfatı istehsalçı qiymətləri indeksinin artırıcı təsiri 3.16 faiz bəndidir. Ticarət tərəfdaşlarındakı göstəricisinin tövhəsi 2 faiz bəndidir. Ev təsərrüfatlarının istehlakının artırıcı göstəricisi 1.11 faiz bəndidir. Nominal effektiv məzənnənin azaldıcı təsiri 2.16 faiz bəndidir. Dövlət istehlakı isə 0.11 faiz bəndi artırıcı təsir göstərir. Ümumilikdə tələb amilləri 20%, təklif amilləri isə 80%-dir. Xarici amillərin xalis təsiri isə 0.16 faiz bəndi azaldıcıdır".