BAKI, 22 oktyabr. TELEQRAF

2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatı müvafiq olaraq 2,2% və 2% böyüyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransı zamanı deyib.

"Sentyabr ayının nəticələrinə əsasən Ümumi Daxili Məhsulun artımı 1,3, qeyri-neft ümumi daxili məhsulun artımı isə 2,9 faiz təşkil edib. Proqnozlarımız həm 2025-ci il, həm də 2026-cı illər üçün nibkindir. Amma cüzi də olsa aşağı doğru revizə edilib. 2025-2026-cı illər üzrə müvafıq olaraq 2,2 və 2 faizdir. Qeyri-neft-qaz sektoru üzrə proqnozlar isə qeyd olunan illər üçün müvafiq olaraq 3.7% və 4.4%-dir", - o qeyd edib.