BAKI, 30 avqust. TELEQRAF
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 154.8 milyon manat artaraq 2,740.2 milyon manat təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında qeyd olunub.
Tənzimləyicinin məlumatına görə, xarici öhdəliklərdəki qeyd olunan artım əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin həcmindəki artım ilə əlaqədardır.