BAKI, 29 avqust. TELEQRAF
Bu il avqustun 1-nə Azərbaycanda bankların cəmi aktivləri 55,700.1 mln. manat təşkil edib.
Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu, iyulun 1-i ilə müqayisədə 1,82% azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 13.47% çoxdur.
Məlumata görə, bankların cəmi öhdəlikləri 48,689.7 mln. manat, balans kapitalı isə 7,010.4 mln. manat olub.