BAKI, 11 iyul. TELEQRAF

2024-cü ildə səhmlərində dövlətin payı olan müəssisələrdən ötən il büdcəyə ödənilən dividendlərin həcmi 3,8 dəfə artıb.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunda qeyd olunub.

Belə ki, səhmlərində dövlətin payı olan müəssisələrdən ötən il büdcəyə ödənilən dividendlərin həcmi 577 milyon 763 min 183 manat olub. Bu göstərici 2023-cü ilin büdcə icrasında 151 milyon 108 min manat təşkil edib.