BAKI, 11 iyul. TELEQRAF

2024-cü ildə Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 4 milyard 824 milyon 19 min 902 manat investisiya yatırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” Qanunda qeyd olunub.

Məlumata görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fondları çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasına 230 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, 2024-cü ilin büdcəsindən iqtisadi fəalkiyyətlər üzrə xərclər 9,7 milyard manat təşkil edib.