BAKI, 24 iyun. TELEQRAF

"Azərbaycan bizim üçün strateji bazardır. Burada nağdsız ödənişlər və digər bu kimi sistemlər geniş şəkildə istifadə olunur. Visa artıq 28 ildir ki, bu sahədəki inkişafların önündə gedir".

Teleqraf xəbər verir ki, bu barədə Visa şirkətinin CISSEE regionu üzrə baş vitse-prezidenti və qrup ölkə meneceri Kristina Doros deyib.

O bildirib ki, Visa ümumilikdə 68 ildən artıqdır bazardadır:

“Bu illər ərzində texnologiyaların inkişafına verilən önəm, möhkəm tərəfdaşlıqlar və innovasiyalar bizə yalnız dayanıqlı və uğurlu bir keçmiş deyil, eyni zamanda dayanıqlı gələcək və yeni strategiyalara yönəlmə imkanı verir.

Təxminən 200 ölkədə 4 milyarda yaxın hesab sahibi ilə əlaqə yaradırıq. Dünyanın müxtəlif yerlərində 14,000-dən çox bank qurumunu birləşdiririk. Bu miqyas bizə imkan verir ki, texnologiya və yenilikləri yerli bazarlara gətirək. Çünki bu günə qədər öyrəndiyimiz odur ki, innovasiyalar yalnız yerli və mənalı layihələrə əsaslandıqda real dəyər kəsb edir”.