BAKI, 23 iyun. TELEQRAF

"Yelo Bank" ASC tərəfindən inzibatçı vəzifəsinə edilən dəyişiklik barədə qanunla müəyyən edilmiş müddətdə Mərkəzi Banka yazılı bildiriş təqdim olunmayıb.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, bu hal "Banklar haqqında" Qanunun 10.6-cı maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilib.

Nəticə olaraq, Mərkəzi Bank tərəfindən həmin qanunun 47-ci maddəsinə əsasən "Yelo Bank" ASC-yə icrası məcburi sərəncam verilib.

Sərəncamda bu cür hallarının gələcəkdə təkrarlanmaması məqsədilə bankda daxili prosedurların təkmilləşdirilməsi tələb olunur.

Qeyd edək ki, 2025-ci il 2 iyulda “Yelo Bank” ASC səhmdarlarının ümumi yığıncağı keçirilib. Səhmdarların yığıncağında “Yelo Bank” ASC-nin 2024-cü il üzrə maliyyə hesabatının və kənar auditinin nəticələrinə baxılıb, eyni zamanda yığıncağın gündəliyində duran cari və təşkilati məsələlər müzakirə edilib.