BAKI, 23 iyun. TELEQRAF

2024cü ildə bank sektorunun aktivləri 2018-ci illə müqayisədə 80 faiz artaraq, 53 milyard manata çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Bakıda keçirilən I Beynəlxalq Kredit Hesabatlılığı Konfransının açılış günündə bildirib.

Onun sözlərinə görə, bugünkü kredit portfelinin həcmi son 7 ildə 125 faiz artaraq 29,3 milyard manat təşkil edib.