BAKI, 5 iyun. TELEQRAF

2024-cü ildə AMB-nin gəlirlərinin formalaşmasında aktivlərin idarə edilməsindən əldə olunan faizlər əhəmiyyətli rol oynayıb.

Tənzimləyicidən Teleqraf-a verilən məlumata görə, 2024-cü il tarixinə Mərkəzi Bankın gəlirləri 1 milyard 64 milyon manat təşkil edib.

Gəlirlərin 885.9 milyon manatı valyuta aktivlərinin idarə edilməsi üzrə faiz, yenidən qiymətləndirmə və konvertasiya gəlirlərindən, 51.3 milyon manatı daxili bazarda əldə edilmiş qiymətli kağızlar üzrə faiz gəlirlərindən, 11.4 milyon manatı mərkəzləşdirilmiş kredit resursları üzrə faiz gəlirlərindən formalaşıb.
Bankın gəlirlərinin 18.1 milyon manatı müştərilərə göstərilən xidmətlər üzrə gəlirlərdən ibarət olub. Həmçinin 28.8 milyon manatı maliyyə öhdəliklərinin ədalətli dəyərdə ilkin tanınması üzrə gəlirlər, 12.9 milyon manatı maliyyə aktivlərinin amortizasiyası və 2.1 milyon manatı həmin aktivlərin ədalətli dəyərinin dəyişiklikləri üzrə gəlirlər, 0.4 milyon manatı isə daxili bazarda törəmə maliyyə alətləri üzrə gəlirlər yaradıb.