BAKI, 9 oktyabr. TELEQRAF

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 2025-ci ilin müvafiq dövrünə nisbətən 1,5% artıb.

Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə 102 milyard 48,2 milyon manatlıq və ya əvvəlki illə müqayisədə 1,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Neft-qaz sektorunda ÜDM-in həcmi 30 milyard 326,5 milyon manat, qeyri neft-qaz sektorunda isə 71 milyard 721,7 milyon manat olub. 2026-cı ilin yanvar - sentyabr aylarında 2025-ci ilin müvafiq dövrünə nisbətən neft-qaz sektorunda 1,2% azalma, qeyri neft-qaz sektorunda isə 2,6% artım olub.