BAKI, 14 sentyabr. TELEQRAF

"İçərişəhər" stansiyasının giriş sahəsində nasaz qatar xətdən çıxarılıb.

Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub", - məlumatda bildirilib.

***

08:42

Bakı metrosunda “İçərişəhər” istiqaməti üzrə hərəkət edən qatar tuneldə qalıb.

Teleqraf- a hadisə şahidinin verdiyi məlumata görə, “Koroğlu” stansiyasından “Ulduz” stansiyası istiqamətində hərəkət edən qatar 20 dəqiqə tuneldə, daha biri isə 20 dəqiqə stansiyada qalıb.

“Bizə dedilər ki, bizdən qabaqda hərəkət edən qatarda problem olub”, - deyə şəhər sakini qeyd edib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaranmış vəziyyətlə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, “İçərişəhər” stansiyasının giriş sahəsində qatarda nasazlıq yaranıb:

"Bu səbəbdən köməkçi qatar verilməklə nasaz qatar xətdən çıxarılıb. Qısa müddət ərzində Qırmızı xətt üzrə interval bərpa olunub.

Həmin müddət ərzində Yaşıl və Bənövşəyi xətlərdə qatarlar qrafikə uyğun olaraq hərəkət edib.

Yaranmış narahatlığa gorə sərnişinlərdən üzr istəyirik".