BAKI, 3 avqust. TELEQRAF
SOCAR "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi üzrə "ITOCHU" korporasiyasına məxsus iştirak payını alıb.
Teleqraf xəbər verir ki, iştirak payının alınmasına dair müvafiq sənədlər imzalanıb, alqı-satqı əməliyyatı qanunvericiliyin tələblərinə, SOCAR-ın daxili normativ qaydalarına, habelə müqavilə üzrə mövcud tənzimləyici öhdəliklərə uyğun olaraq həyata keçirilib.
Alqı-satqı prosesinə qədər "ITOCHU" korporasiyası AÇG layihəsində 3.65% iştirak payına malik olub. Beləliklə, SOCAR-ın AÇG layihəsində iştirak payı 31.65%-dən 35.3%-ə çatıb.