BAKI, 3 avqust. TELEQRAF

Bu gün burada xüsusilə 44 günlük Vətən Müharibəsi zamanı əmək göstərmiş, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında xidmətləri olmuş media nümayəndələri təmsil olunur.

Teleqraf xəbər verir ki, bunu “Sülhün coğrafiyası: Qarabağ - Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana gəlmiş media və nümayəndə heyətinin tərkibində olan Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar jurnalistələrə açıqlamasında deyib.

Onun sözlərinə görə, nümayəndə heyəti həm Şəhidlər xiyabanını, həm də Türk şəhidliyini ziyarət ediblər.

“Biz eyni zamanda sabah Qarabağ və Şərqi Zəngəzura səfər edəcəyik. Orada hazırda sürətli şəkildə davam edən bərpa-quruculuq işlərinə, Böyük qayıdış prosesinə şahid olacağıq”.

Aygün Attar əlavə edib ki, Azərbaycana və paytaxt Bakıya hər səfərində sürətli inkişafın şahidi olur.

O yekunda Prezident İlham Əliyevin “Bizim ailəmiz türk ailəsidir” fikirlərini xatırladaraq bu qardaşlıq əlaqələrinin əbədi olacağına inamını ifadə edib.