BAKI, 3 avqust. TELEQRAF

"Səsiniz olaq" onlayn surdotərcümə xidmətindən fəaliyyətə başladığı dövrdən ötən 1 il ərzində 1000-dək şəxs faydalanıb.

Teleqraf xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən ilin iyul ayında Azərbaycanda ilk dəfə olaraq fəaliyyətə başlayan bu xidmət eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin üçüncü tərəfə (dövlət qurumları, özəl sektor və s.) ötürülməsi işini yerinə yetirir.

"Xidmət vasitəsilə işarət dilini bilən operator eşitmə və nitq məhdudiyyətli şəxs ilə müraciət edilən qurum arasında virtual körpü rolunu oynayaraq real vaxt rejimində onlayn surdotərcümə xidmətini həyata keçirir", - məlumatda vurğulanıb.