BAKI, 3 avqust. TELEQRAF
"Sabah"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Teleqraf xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilib.
Bakı klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orxus" komandasına məğlub olsa, Avropa Liqasının pley-offunda "Benfika" (Portuqaliya) - "Harts" (Şotlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları avqustun 20-də, cavab görüşləri isə 27-də baş tutacaq.