BAKI, 3 avqust. TELEQRAF

Sumqayıt şəhəri ərazisində zərərçəkənə məxsus “MG” markalı avtomobil qaçırılıb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən N.Koroğluyev müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla həmin şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Şəhər ərazisində keçirilən digər tədbir nəticəsində isə zərərçəkənin yaşadığı binanın həyətində saxladığı “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən A.Zeynalov da saxlanılıb.

Hər iki nəqliyyat vasitəsi sahibinə geri qaytarılıb. Araşdırmalar davam etdirilir.