BAKI, 3 avqust. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax Rayon İcra Hakimiyyətində, TƏBİB-in tabeliyində “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəsxdə və Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyətin nümunəvi mülki müdafiə məşqləri keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Məşqlərin keçirilməsində əsas məqsəd rəhbər və komandir-rəis heyətinin fövqəladə hadisələrlə bağlı hazırlıq səviyyəsinin yoxlanılması və bu sahədə bilik və bacarıqlarının təkmilləşdirilməsi olub.
Məşqlər zamanı yaranmış şərti ekstremal vəziyyətlə əlaqədar rəhbər və komandir-rəis heyətinin fəaliyyəti qiymətləndirilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqlərdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.