BAKI, 3 avqust. TELEQRAF
Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfi (TADİV) və Kültürlerarası Ağ Dərnəyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sülhün coğrafiyası: Qarabağ - Cənubi Qafqazda quruculuq, sabitlik və regional əməkdaşlıq” proqramı çərçivəsində Türkiyədən Azərbaycana səfərə gələn 20 nəfərlik media və nümayəndə heyəti Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
Teleqraf xəbər verir ki, nümayəndə heyəti şəhidlərin xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.