BAKI, 3 avqust. TELEQRAF
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov "Aviasiya haqqında" qanuna dəyişikliklərin icrası barədə sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, sənədə əsasən çox yüngül uçuş aparatlarının hava məkanından istifadə qaydaları və bu sahədə məsuliyyətin müəyyən edilməsi üçün dövlət qurumlarına müddətli tapşırıqlar verilib.
Aidiyyəti qurumlar, o cümlədən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Ədliyyə Nazirliyi yeni qaydalar və məsuliyyət təkliflərini 2-5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Bu sərəncamla aviasiya sahəsində normativ aktların yeni qanunvericiliyə uyğunlaşdırılması təmin edilir.