BAKI, 24 iyul. TELEQRAF

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan xarici bazarlara 8 milyon 801.35 min ABŞ dolları dəyərində 437.20 ton çay ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə çay ixracı həcm ifadəsində 23.8%, dəyər ifadəsində isə 19.35% artıb.

Cari ilin ilk yarısında çay ixracı Azərbaycanın ümumi ixracının 0.02%-ni, qeyri-neft sektoru üzrə ixracın isə 0.07%-ni təşkil edib.

Hesabat dövründə ölkəyə 39 milyon 487.15 min ABŞ dolları dəyərində 6 min 521.67 ton çay idxal olunub. Çay idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 7.85%, həcm ifadəsində isə 7.5% azalıb.

2026-cı ilin yanvar-iyun aylarında çay idxalı ölkənin ümumi idxalının 0.47%-ni təşkil edib.

Qeyd edək ki, bu ilin birinci yarısında Azərbaycanda çay istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2.4% azalaraq 5 min 534.6 tona enib. İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 107.7 ton hazır çay məhsulu qalıb.