BAKI, 23 iyul. TELEQRAF
Azərbaycan ilə Çin arasında enerji əməkdaşlığının inkişafı və birgə həyata keçirilən yaşıl enerji layihələrinin icrası müzakirə edilib.
Teleqraf xəbər verir ki, bu barədə Energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
“PowerChina Resources Ltd.” şirkətinin prezidenti Yanq Tianfu ilə görüşdə 160 MVt gücündə günəş elektrik stansiyası, Xəzər dənizində külək enerjisi layihəsinin inkişaf perspektivləri, eləcə də elektrik şəbəkəsinin inkişafı və bərpa olunan enerjinin etibarlı inteqrasiyası ilə bağlı fikir mübadiləsi apardıq," - deyə nazir əlavə edib.