BAKI, 23 iyul. TELEQRAF
Bu il iyunun 30-na Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 27,5%-ni ABŞ-yə yatırılan investisiyalar təşkil edib.
Teleqraf Fonda istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz bəndi çoxdur. Belə ki, 2025-cü il iyunun 30-na ARDNF-nin investisiya portfelində Avropaya yatırılan investisiyaların həcmi 25,3 faiz idi.
Bundan əlavə, Fondun Asiya və Avstraliya və Yeni Zelandiya regionlarına da investisiyaları cüzi artıb. Avropaya isə investisiyalar azalıb.
Beləliklər, Fondun investisiya portfelinin 27%-ni Avropaya (4,4 faiz bəndi az), 9,9%-ni Asiyaya (0,8 faiz bəndi çox), 1,4%-ni Yaxın Şərqə, 1,1%-ni Avstraliya və Yeni Zellandiyaya (0,2 faiz bəndi çox), 0,1%-ni Latın Amerikaya yatırılan investisyalar təşkil edib.