BAKI, 23 iyul. TELEQRAF

Bu ilin 6 ayında Dövlət Neft Fondundan büdcəyə 6 milyard 420 milyon manat transfert edilib.

Teleqraf Fonda istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-iyun aylarında icrası davam edən layihələrə isə 14,3 milyon manat yönəldilib.

O cümlədən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 2,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı”nın maliyyələşməsinə isə 12,3 milyon manat yönəldilib.

Sözügedən dövrdə ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 15,4 milyon manat təşkil edib.