BAKI, 24 iyul. TELEQRAF

ABŞ ordusu gecə saatlarında İranın Gilan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə “Fars” agentliyi regional administrasiyaya istinadla məlumat yayıb.

“Amerika qüvvələri İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələrinin Zibakənar şəhərində yerləşən “Həzrəti Seyid əl-Şühəda” qərargahına hücum edib”, - açıqlamada bildirilib.

İlkin məlumata görə, hücum nəticəsində itki olmayıb.