BAKI, 23 iyul. TELEQRAF

Sabah Saatlının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.

Bu barədə Teleqraf-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar sabah saat 09:00-dan işlər yekunlaşanadək Saatlı şəhərinin mərkəzinin və rayonun Əhmədbəyli, Dədə Qorqud, Heydərabad, tollavaizli kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.