BAKI, 24 iyul. TELEQRAF

Rusiya ordusu Ukraynanın Dobropil şəhəri istiqamətində son dövrlərin ən irimiqyaslı tank hücumlarından birini həyata keçirməyə cəhd eləsə də, bunun qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

“Feniks” bölməsinin sərhədçiləri qonşu bölmələrlə birgə Rusiya qüvvələrinin hücumunun qarşısını alıblar.

Məlumata görə, “Feniks” əməliyyat zamanı 9 tankı, 2 zirehli döyüş maşınını və 3 “Qrad” yaylım atəşi sistemini məhv edib, həmçinin onlarla Rusiya hərbçisini zərərsizləşdirib.

“Rusiya ordusunun bütün zirehli texnikası Donetsk vilayətinin əkin sahələri və meşə zolaqlarında yanaraq məhv olub”, - məlumatda qeyd edilib.